Bank Of Baku

“Gənclərbilriyi” klubunun kapitanı cəzalandırıldı

“Gənclərbilriyi” klubunun kapitanı cəzalandırıldı
# 25 sentyabr 2007 10:13 (UTC +04:00)
AFFA Sumqayıtın “Gənclərbirliyi” klubunun kapitanı Zaur Hidayətovu cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında Z.Hidayətovun iki oyunluq cəzalandırılması və klubuna 2000 manat cərimə kəsilməsi haqda qərar çıxarılıb. Buna səbəb 30 yaşlı müdafiəçinin hesabat turunda “Xəzər-Lənkəran”la oyunda baş hakim Feyzulla Feyzullayevi təhqir etməsi səbəb olub. Futbolçu həmin matçın 75-ci dəqiqəsində hakimin qərarından narazılıq etdiyi üçün sarı vərəqə alıb. Oyundan sonra isə Z.Hidayətov baş hakimin ünvanına təhqiramiz ifadələr işlədib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR