Bank Of Baku

Sumqayıtda “Xəzər-Lənkəran” klubuna məxsus avtobusun şüşələri sındırılıb

Sumqayıtda “Xəzər-Lənkəran” klubuna məxsus avtobusun şüşələri sındırılıb
# 25 sentyabr 2007 12:32 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında Nizam-İntizam Komitəsinin iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda Sumqayıtın “Gənclərbirliyi” klubunun 3000 min manat cərimələnməsi haqda qərar çıxarılıb. Belə ki, milli çempionatın VI turunda “Xəzər-Lənkəran”la görüşdə beş futbolçusu sarı vərəqə aldığından Sumqayıt təmsilçisi AFFA-nın xəzinəsinə 1000 manat ödəməlidir. Komandanın kapitanı Zaur Hidayətov baş hakim Feyzulla Feyzullayevi təhqir etdiyi üçün növbəti iki oyunu buraxmaqla, 2000 manat cərimələnib. Bundan əlavə, NİK qarşılaşmadan sonra sumqayıtlı azarkeşlər tərəfindən “Xəzər-Lənkəran” klubunun avtobusunun şüşələrinin sındırılması ilə əlaqədar vurulan zərərin aradan qaldırılması üçün “Gənclərbirliyi” komandasının rəhbərliyinə məktub göndərilməsi barədə qərar verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR