Bank Of Baku

Şahin Diniyev: “Elə bir futbolçu görmürəm ki, parlaq oyunu ilə diqqətimi cəlb edib, milli komandaya düşməyə layiq olduğunu göstərsin”

Şahin Diniyev: “Elə bir futbolçu görmürəm ki, parlaq oyunu ilə diqqətimi cəlb edib, milli komandaya düşməyə layiq olduğunu göstərsin”
# 25 sentyabr 2007 14:44 (UTC +04:00)
“Mütəmadi izlədiyim çempionat oyunlarında gördüklərim məni tam qane etmir. Elə bir futbolçu görmürəm ki, parlaq oyunu ilə diqqətimi cəlb edib, milli komandaya düşməyə layiq olduğunu göstərsin”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev Portuqaliya və Serbiya yığmaları ilə oktyabrın ortalarında Bakıda keçiriləcək rəsmi matçlar üçün heyətdə dəyişiklərin az olacağını qeyd edib: “Cüzi dəyişiklər olacaq. 14-15 futbolçu komandanın özəyini təşkil edir. Qalır 5-6 futbolçu, onları da çempionat oyunlarını izləməklə müəyyənləşdirirəm. Hazırkı vaxtda yığmada yeni adların çox olacağını gözləməyə dəyməz. Çünki komanda formalaşıb və Avropa çempionatının seçmə mərhələ oyunlarının sonuna yaxın, nəticə qazanmağı qarşımıza qoyduğumuz vaxt eksperiment etməyin yeri deyil”. Ş.Diniyev bildirib ki, legioner həyatı yaşayan həmyerlilərimizdən İlqar Qurbanovla Saşa Yunisoğlunun son vaxtlar səhhətində yaranan problemə görə oynamamasından narahat deyil: “İlqar qrupə yoluxmuşdu. O, artıq sağalaraq, məşqlərə qatılıb. Zədəsini sağaldan Saşa da diqqətimdədir. Milli komandanın növbəti rəsmi matçlarınadək kifayət qədər vaxt var və onların oyun praktikası qazanacağını gözləyirəm. Həmin müddətdə İlqarla Saşanın klublarının heyətində yenidən meydana çıxacağına inanıram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR