Bank Of Baku

Boris Xetaqurov Almaniya yığmasının həkimindən məsləhət alacaq

Boris Xetaqurov Almaniya yığmasının həkimindən məsləhət alacaq
# 26 sentyabr 2007 09:51 (UTC +04:00)
“Xəzər-Lənkəran”ın həkimi Boris Xetaqurov Almaniyanın milli komandası və “Bavariya” klubunda çalışan həmkarı Volfran Müllerdən məsləhət alacaq. Bu haqda “APA-Sport” agentliyinə açıqlamasında B.Xetaqurov bildirib ki, litvalı müdafiəçi Darius Jutautasın zədəsi ilə bağlı almaniyalı həkimlə əlaqə saxlayacaq: “Müllerlə ötən il Münhendə keçirilən seminarda tanış olmuşam. O, həm “Bavariya”da, həm də Almaniya millisində çalışır. Az öncə İstanbula göndərdiyimiz Jutautasın cərrahiyyə əməliyyatı olunmasının zəruriliyi haqda məlumat almışam. Əməliyyatı İstanbulda və ya Münhendə etməyi götür-qoy edirik. Bizi Jutautasın əməliyyatdan sonra bərpa prosesini tez keçib, sıraya dönməsi maraqlandırır. Bu məqsədlə Volfranla əlaqə saxlayıb, fikir mübadiləsi aparmaq, məsləhət almaq fikrindəyəm. Düzdür, Müller daha çox diz zədələrinin müalicəsi və cərrahiyyə əməliyyatı olunması üzrə ixtisaslaşıb. Jutautasın problemi isə onurğa sütunundadır. Ancaq hər halda, o əməliyyatdan sonra bərpa prosesinin tez olmasının yaxşı bilir. Onu da deyim ki, Volfran bir müddət öncə məşhur fiqurlu konkisürən, dünya çempionu Yevgeni Pluşenkonu əməliyyat edib”. B.Xetaqurov onurğa sütununda yırtıq əmələ gələn D.Jutautasın İstanbuldan qayıtdığını söyləyib. O, hazırda Münhendən cavab gözlədiklərini qeyd edib: “Dariusun lazımi sənədlərini, diski Münhenə göndərmişik. Bunlarda zədənin hazırkı durumu ilə bağlı informasiyalar var. Almaniyalı həkimlər bununla tanış olub, əməliyyatla bağlı bizə cavab verəcəklər”.
Qeyd edək ki, xeyli vaxtdır müalicə olunan D.Jutautas cari mövsümdə meydana çıxmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR