Sergey Sokolov: “Hazırda Şahin Diniyevin və Azərbaycan yığmasının futbolçularının hesabına yaşayıram”
- Sergey, bildiyimizə görə, cəzalandıqdan sonra Rusiyada həvəskarlar liqasında çıxış edirsən. Hazırda hansı klubda oynayırsan?
- Cəza müddətini həvəskar klubların heyətində keçirirəm. Formamı itirməmək məqsədilə məşqlərdən qalmıram, daim hazırlığıma fikir verirəm. Peşəkar klubda çıxışıma qadağa qoyulduğu üçün həvəskarlar liqasında oynamaqla kifayətlənməli oluram. Hazırda “FC Stavropol” klubunda çıxış edirəm. Bundan əvvəl Armavirin “Torpedo” klubunun heyətində yer almışdım. Ancaq “Torpedo”da çıxışıma sonradan qadağa qoyulduğundan, bu komandanı tərk etməli oldum.
- Məgər “Torpedo” həvəskarlar liqasında çıxış etmir?
- “Torpedo” həvəskar liqasında mübarizə aparır.
- Bəs qadağaya nə səbəb oldu?
- Bilmirəm. Dedilər ki, “Torpedo” həvəskar komanda olsa da, oynaya bilməzsən. Belə fikirləşirəm ki, Rusiyada məni gözü götürməyənlər, oynamağımı istəməyənlər var. Bir ay öncə özümə yeni klub tapmışam ki, bu da “FC Stavropol”dur. Həvəskar komanda olan “FC Stavropol”da oynamağa icazə veriblər. Bu komanda Krasnodar vilayətinin birinciliyində çıxış edir.
- 30 yaşlı Sergey Sokolov peşəkar karyeradan, Azərbaycan milli komandasının heyətində Avropa miqyaslı yarışın iştirakçısı olduqdan sonra həvəskarlar liqasında özünü necə hiss edir?
- Əlbəttə ki, heç də yaxşı deyil. Ancaq həyat davam edir və dayanmamaq, hərəkət etmək, irəliləmək lazımdır. Buna görə də əlinə düşmək imkandan bərk-bərk yapışmaq lazımdır. Hesab edirəm ki, getdikcə işlər qaydasına düşəcək. Diskvalifikasiya vaxtım qurtaracaq və yenidən sıraya dönəcəyəm.
- Cəza müddəti gələn ilin aprelində başa çatır...
- Bəli, 2008-ci ilin aprelin sonunda.
- Həmin vaxt Rusiyada qalacaqsan, yoxsa Azərbaycana qayıdacaqsan?
- Bu haqda dəqiq danışa bilmərəm. Heç bir təklif almamışam.
- Yenidən Azərbaycan klubunda, Azərbaycan yığmasında çıxış etmək istəyərdin?
- İndi bu suala cavab verə bilmərəm. Azərbaycandan təklif gəlsə, məmnuniyyətlə, bu barədə fikirləşəcəyəm.
- Necə hesab edirsən, dopinqlə bağlı qalmaqaldan sonra komandalarımız səni yada salıb, cəzan başa çatandan sonra xidmətində maraqlı olar?
- Bilmirəm. Bu klublara aid olan məsələdir. Onlar bunu həll edir, qərarlarını verirlər. Mənə yada salsalar, xidmətində maraqlı olsalar, buna çox şad olaram.
- Oktyabrda cəzalanmağının bir ili tamam olacaq. Bu müddətdə peşəkar futboldan kənarda qalmısan. İndi vəziyyəti təhlil edəndə nə düşünürsən? Həqiqətən günahkar idin, yoxsa kimlərinsə güdazına getdin?
- Özümə yüz faiz əminəm. Günahkar olmadığımı tam əminliklə söyləyə bilərəm. Əzab çəkirəmsə, bunun kimin acı zarafatı ucbatından baş verdiyini deyə bilmərəm. Allah göydən baxır və gec-tez hər şey öz yerini tutacaq.
- Sergey, peşəkar futboldan kənardan qalmaq, həm də maddi vəziyyətinə təsir göstərir. Bilmək olarmı, necə dolanırsan, ailəni hansı pulla saxlayırsan?
- Burada həvəskarlar liqasında maddi planda heç bir qazancım olmur. Yeganə dəstək Azərbaycan milli komandasında çıxış edən futbolçulardan və baş məşqçi Şahin Diniyevdən gəlir. Şahin müəllim də hər zaman məni yada salır, daim mənə kömək edir. Hal-hazırda mən onların hesabına yaşayıram.
- Bizdə olan məlumata görə, Azərbaycan yığmasının üzvləri Gürcüstanla sentyabrın 12-də Bakıda keçirilən yoldaşlıq görüşündən sonra sənə 1500 dollar göndərib...
- Doğrudur.
- Avqustun 22-də Tacikistanla keçirilən oyundan sonra da belə olub?
- Bəli. Milli komandanın üzvləri Şahin müəllimlə bir araya gələrək, mütəmadi mənə pul göndərirlər. Bu köməyə görə onlara dərin minnətdarlığımı bildirirəm.
- Bu maddi dəstək hər ay, yoxsa yalnız Azərbaycan yığmasının oyunları zamanı olur?
- Ancaq milli komandanın oyunları zamanı.
- Heç Azərbaycan millisinin oyunlarını izləmisənmi?
- Yox. Ancaq qəzet, internet vasitəsilə məlumat alıram.
- Bəs oyunları televizordan izləməyə imkanın olmayıb?
- Yox. Çünki burada AzTV göstərmir. Hər halda, oyunlarla bağlı xəbərlər verirlər. Bilirəm ki, oktyabrın 13-də Bakıda Portuqaliya yığması ilə görüşəcək. Azərbaycan millisinə gələcək oyunlarda uğurlar arzulayıram. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?