Bank Of Baku

Andrey Sipaylo yenə Azərbaycan yığmasının oyununa təyinat alıb

Andrey Sipaylo yenə Azərbaycan yığmasının oyununa təyinat alıb
# 26 sentyabr 2007 15:17 (UTC +04:00)
2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının oyunlarını idarə edəcək hakimlərin adları bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Moldovada keçiriləcək XI qrupun görüşlərində Arif Əsədovun baş məşqçisi olduğu Azərbaycan millisinin meydan sahibləri ilə görüşünü latviyalı hakim Andrey Sipaylo idarə edəcək. Ötən ilin fevralında Bakıda Ukrayna ilə qolsuz heç-heçə ilə nəticələnən matçın baş hakimi olan latviyalı bundan səkkiz ay sonra Belçikanın öz meydanında Azərbaycan üzərində 3:0 hesabı ilə qələbə qazandığı görüşdə ehtiyat hakim funksiyasını yerinə yetirib.

26 oktyabr

Ukrayna Azərbaycan
Baş hakim: Robert Krajnç

28 oktyabr
Azərbaycan Şotlandiya
Baş hakim: Robert Krajnç (Sloveniya).

31 oktyabr
Moldova Azərbaycan
Baş hakim: Andrey Sipaylo (Latviya). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR