Bank Of Baku

Ruben Ayrapetyan: “Azərbaycan yığması ilə oynayıb, məğlub olsaydıq, mən istefa verərdim”

Ruben Ayrapetyan: “Azərbaycan yığması ilə oynayıb, məğlub olsaydıq, mən istefa verərdim”
# 27 sentyabr 2007 08:22 (UTC +04:00)
“Azərbaycan yığması ilə oynayıb, məğlub olsaydıq, mən istefa verərdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan deyib. R.Ayrapetyan gələn il Azərbaycan və Ermənistanın futzal yığmalarının görüşlərinin taleyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib: “Mən bu suala cavab verə bilmərəm. Azərbaycan bizimlə oyunla bağlı necə hay-küy qaldırdığını bilirsiniz. Onlar sadəcə, məğlubiyyəti həzm edə bilmirlər. Fikrimcə, azərbaycanlılar bizdən qorxurlar və bizimlə görüşə hazır deyillər. Buna görə də oyunların baş tutmayacağını istisna etmirəm. Azərbaycanlılardan hər şey gözləmək olar. Futzal isə xalq arasında elə də məşhur idman növü deyil”.
Qeyd edək ki, Azərbaycanla Ermənistanın futzal yığmaları Avropa çempionatının seçmə mərhələsi çərçivəsində gələn ilin fevralında Çexiyada görüşəcəklər. İndiyədək ermənilərlə futzalda klub səviyyəsində yeganə görüşümüz “Turan AİR” klubunun UEFA kubokunda İtaliyada “Araks” üzərində 5:2 hesablı qələbəsi ilə nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR