Bank Of Baku

Əsgər Abdullayev: “İstefa verməyim haqda danışmaq istəmirəm”

Əsgər Abdullayev: “İstefa verməyim haqda danışmaq istəmirəm”
# 27 sentyabr 2007 09:45 (UTC +04:00)
“İstefa verməyim haqda danışmaq istəmirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. Klubun vitse-prezidenti Vaqif Qasımovun işdən çıxarılmasından sonra Ə.Abdullayev da getməyi düşünür. Komanda rəhbərliyinə istefa ərizəsi ilə müraciət etmək fikrinə düşən 47 yaşlı mütəxəssis məsələyə aydınlıq gətirməyi lazım bilməyib: “Bu barədə danışmaq istəmirəm. Hazırda psixoloji gərginlikdəyəm. Mən atdığım addımı kiməsə görə etmirəm. Heç bu haqda mətbuatda xəbər çıxmasını da istəmirəm”.
Qeyd edək ki, Ə.Abdullayev ötən il V.Qasımov “Olimpik” klubunda vitse-prezident təyin edildikdən sonra baş məşqçi vəzifəsinə gətirilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR