Bank Of Baku

Milli komandanın heyəti açıqlanıb

Milli komandanın heyəti açıqlanıb
# 27 sentyabr 2007 09:52 (UTC +04:00)
Avropa çempionatının ilkin seçmə qrup mərhələsində çıxış edəcək Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət milli komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə yığmaya 18 oyunçu çağırıb. Sonuncu dəfə Rusiyanın Krımsk şəhərində keçirilmiş təlim-məşq toplanışına qatılmış futbolçulardan üçü U-17-ə dəvət olunmayıb. “Standard-2”nin üzvləri Tanrıverdi Məhərrəmli və Niyaməddin Səmədov, eləcə də, “Gənclərbirlyi”nin futbolçusu Əli Qurbanlı rəqabətə tab gətirməyib.
Qapıçılar: Səlahət Ağayev, Anar Məhərrəmov.
Müdafiəçilər: Sərraf Yusifzadə, Fariz Məmmədov, Vəfadar Quliyev, Pərviz Bayramov, Şamxal İbrahimov, Qara Qarayev.
Yarımmüdafiəçilər: Amit Quluzadə, Şəhriyar Xəlilov, Ramil Rəhimzadə, Mirhüseyn Seyidov, Araz Abdullayev, Fərid Balaşzadə.
Hücumçular: Orxan Həsənov, Cavid Musayev, Kamil Nurəhmədov, Tural İsgəndərov.
Milli komanda bu gündən üçgünlük təlim-məşq toplanışına başlayıb. “Ruslan-93” təlim-məşq bazasında məskunlaşan yeniyetmə futbolçularımız yalnız məşqlərlə kifayətlənəcəklər. U-17 sentyabrın 30-da qitə birinciliyinin seçmə oyunlarının keçiriləcəyi Bosniya və Herseqovinaya gedəcək. 9-cu qrupda yer alan yığmamız ilk oyunda oktyabrın 1-də Rusiyaya qarşı mübarizə aparacaq. Növbəti görüşlər Finlandiya (3 oktyabr) və Bosniya və Herseqovina (6 oktyabr) ilə olacaq. Qrupda ilk iki yeri tutacaq komandalar növbəti mərhələyə adlayacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR