Bank Of Baku

Azərbaycan çempionatında 42 yaşlı futbolçu çıxış edir

Azərbaycan çempionatında 42 yaşlı futbolçu çıxış edir
# 27 sentyabr 2007 16:01 (UTC +04:00)
Mehman İbrahimov cari mövsümdə AFFA bayrağı altında peşəkar klublar arasında keçirilən çempionatlarda çıxış edən yaşca ən böyük futbolçudur. “APA-Sport” agentliyinin məlumatına görə, 42 yaşlı M.İbrahimov Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən Neftçalanın “Anşad-Petrol” klubunda oynayan məşqçi funksiyasını yerinə yetirir. 1965-ci il təvəllüdlü hücumçu güclülər dəstəsi klublarının iştirak ərizəsində yer alan futbolçulardan da yaşca böyükdür. Bunlar 1967-ci il təvəllüdlü Elxan Həsənovla Vidadi Rzayevdir. E.Həsənov yarım il böyük olduğu V.Rzayevdən fərqli, futbolçu karyerasını rəsmən başa vurmayıb. “İnter”də çıxış edən qapıçı cari mövsümdə meydana çıxmayıb.
Qeyd edək ki, M.İbrahimovdan sonra çıxış edən ən yaşlı futbolçular “Samux”un oynayan baş məşqçisi Rövşən Əhmədov (1968) və “Göyəzən”in qapıçısı Namiq Bayramovdur (1969). Cari Azərbaycan çempionatında çıxış edən yaşca ən kiçiklər 1992-ci il təvəllüdlü bir neçə futbolçudur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR