Bank Of Baku

Azərbaycan yığması Ukrayna komandasına 0:3 hesabı ilə uduzub

Azərbaycan yığması Ukrayna komandasına 0:3 hesabı ilə uduzub
# 27 sentyabr 2007 17:02 (UTC +04:00)
Bu gün 19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası (U-19) Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda ilk oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv Ukraynanın Lvov şəhərində meydan sahiblərinə qarşı mübarizə aparıb. U-19-un start heyətində Əlfiyyə Biqbulatova, Günay Abdullayeva, Anna Ələkbərova, Sədaqət Vəliyeva, Snejana Gömruqova, Fəridə Babayeva, Nərgiz Hacıyeva, Nərminə Məmmədova, Gözəl Zakirova, Aysel Bağırova və Nərminə Rzayeva yer alıb. Görüşə fəal başlayan ukraynalılar 28-ci dəqiqədə Olqa Boyçenkonun qolu sayəsində hesabı açıblar. Bundan 7 dəqiqə sonra Yuliya Stets hesab arasındakı fərqi artırıb. İkinci hissədə də oyuna diktə edən Ukrayna yığması daha bir qol vurub. Beləliklə, U-19 ilk matçda 0:3 hesablı məğlubiyyətlə üzləşib. Qrupda keçirilən digər matçda Şotlandiya Ermənistanı darmadağın edib 12:0. Milli komandamızın növbəti rəqibi Şotlandiya olacaq. Qarşılaşma sentyabrın 29-da baş tutacaq. Yeniyetmə futbolçularımız seçmə mərhələnin son turu çərçivəsində oktyabrın 2-də Ermənistanla qüvvəsini sınayacaq. Yalnız qrup qalibi növbəti mərhələyə adlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR