Bank Of Baku

Roman Berezovski: “Azərbaycanla oyunların keçirilməyəcəyi xəbərini eşidəndə rahat oldum

Roman Berezovski: “Azərbaycanla oyunların keçirilməyəcəyi xəbərini eşidəndə rahat oldum
# 28 sentyabr 2007 10:35 (UTC +04:00)
“Ermənistanla Azərbaycanın bir qrupa salınması siyasətdir. UEFA uzun müddət bu ölkələri püşkatmada bilərəkdən ayrı-ayrı qruplara salırdı. Bununla, qitə futbol qurumu Ermənistanla Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsinin istəmədiyini göstərirdi. Axı tarixi bilmək lazımdır. Məsələ ondadır ki, bu ölkələr arasında münasibətlərin pis olmasının kökü 1990-cı və 2000-ci illərdə yox, XX əsrin əvvəlinə gedib çıxır. Deyəsən, UEFA da əvvəldən belə hesab edib ki, Ermənistanla Azərbaycan milli komandalarının görüşlərinin keçirilməsi ölkələr arasında barışığa kömək edəcək. Ancaq sonradan ölkələr oyunların məkanı ilə bağlı razılığa gəlmədi və nəticədə UEFA matçların keçirilməməsini qərara aldı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan milli komandasının qapıçısı Roman Berezovski deyib. Rusiyanın birinci dəstəsində çıxış edən “Ximki” klubunun şərəfini qoruyan R.Berezovski Azərbaycanla görüşün baş tutmamağından sevindiyini vurğulayıb: “Çıxış etdiyim ampluanı nəzərə alsaq, açığı, Azərbaycan millisi ilə oyunların keçirilməyəcəyi xəbərini eşidəndə rahatlıq hiss etdim. Belə ehtimal edirəm ki, bu sözlərim Ermənistan yığmasının bəzi azarkeşlərinin xoşuna gəlməyəcək. Ancaq fikrimi izah edə bilərəm. Onsuz da Ermənistanla Azərbaycan arasında münasibətlər gərgin olduğundan, bu mənim də iştirakçısı olduğum oyuna öz mənfi təsirini göstərəcəkdi. Deməli, belə gərgin atmosferdə səhv buraxmaq ehtimalı xeyli artır. Mən Azərbaycan millisi ilə görüşdə səhv buraxsaydım, Ermənistan xalqının nifrət etdiyi şəxsə çevriləcəkdim. Başa düşürəm ki, bu futboldur, ancaq hər halda...”. R.Berezovski Azərbaycanla Ermənistanın futzal yığmalarının bir qrupa düşməsi ilə bağlı suala cavab verərkən, püşkdən xəbərsiz olduğunu söyləyib: “Açığı, bu ölkələrin futzal yığmalarının gələn fevralında Çexiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi oyunlarında bir qrupa düşməsini bilmirdim. Qəribədir, az öncə böyük futboldakı oyunlar təxirə salınır, indi bu ölkələri futzalda rəqib ediblər”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR