Bank Of Baku

Ramiz Mirzəyev: “Mənim xəstələnməyimdən yararlanmaq istəyən şər qüvvələr heç zaman arzularına çatmayacaqlar”

Ramiz Mirzəyev: “Mənim xəstələnməyimdən yararlanmaq istəyən şər qüvvələr heç zaman arzularına çatmayacaqlar”
# 28 sentyabr 2007 13:17 (UTC +04:00)
Bəzi mətbuat orqanlarında istefaya göndərilməsi ilə bağlı yayılan xəbərləri dezinformasiya adlandıran AFFA prezidenti bildirib ki, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq: “Çox təəssüf ki, mənim xəstələnməyimdən yararlanmaq istəyən qüvvələr var. Bu şər qüvvələr heç zaman arzularına çatmayacaqlar. Onların bu arzusu gözlərində qalacaq. Bildiyimə görə, mənim istefaya gedəcəyim barədə azerisport.com saytı xəbər yazıb. Bu portal AFFA-ya qarşı həmişə qərəzli olub. Səviyyələrini bir daha nümayiş etdirdilər. Mən onları maliyyələşdirənlərlə ciddi danışacağam. İdmanın şahı olan futbola qarşı belə qərəzli mövqe tutublar. Onlara qərəzli, mənəviyyatsız və səviyyəsiz olduqlarını sübut edəcəyəm”. R.Mirzəyev səhhətində ciddi problem olmadığını deyib: “Yazırlar ki, guya, böyrəyimdən, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Halbuki, belə bir şey yoxdur. Sadəcə, özümə qarşı biganə olmuşam. Qaraciyərim soyuqlayıb. Ankarada və Bakıda keçdiyim müayinənin nəticəsi də qaraciyərimdə soyuqdəymənin olmasını təsdiqləyib. Heç bir xroniki xəstəliyim yoxdur. İşimin çox olmasından, tez-tez səfərlərə getdiyimdən vaxtında müalicə ala bilməmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR