Bank Of Baku

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib
# 29 sentyabr 2007 09:04 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) heyətində dəyişiklik olunub. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən yığmanın baş məşqçisi Yaşar Vahabzadənin sözlərinə görə, Amit Quluzadə heyətdən çıxarılıb. Buna Türkiyənin “Ərzurumspor” klubunun şərəfini qoruyan futbolçunun milli komandaya zədəli gəlməsi səbəb olub. Y.Vahabzadə bildirib ki, yarımmüdafiəçi məşqlərdə iştirak etməyib: “Amit baldır nahiyəsindən ciddi zədə alıb. O, zədə ucbatından qaça bilmir”. Baş məşqçi A.Quluzadənin əvəzinə Sumqayıtın “Gənclərbirliyi” klubundan Əli Qurbanlını yığmaya çağırıb. Buna baxmayaraq, Y.Vahabzadə Ə.Qurbanlının Bosniya və Herseqovinaya aparılacağının sual altında olduğunu deyib. Belə ki, milli komandanın rəhbərliyi A.Quluzadənin adına olan bileti dəyişməyə çətinlik çəkir. Qitə birinciliyinin seçmə mərhələsinə hazırlığı bu gün səhər yekunlaşdıran U-17 sabah səfərə yollanacaq. 9-cu qrupda yer alan yığmamız Rusiya (1 oktyabr), Finlandiya (3 oktyabr) və Bosniya və Herseqovina (6 oktyabr) ilə görüşəcək. Növbəti mərhələyə qrupda ilk iki yeri tutacaq komandalar vəsiqə qazanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR