Bank Of Baku

Anatoli Konkov: “Azərbaycan çempionatında qələbə qazanmaq çətindir”

Anatoli Konkov: “Azərbaycan çempionatında qələbə qazanmaq çətindir”
# 01 oktyabr 2007 08:39 (UTC +04:00)
“Azərbaycan çempionatında qələbə qazanmaq çətindir. Orada futbolətrafı hadisələr olduqca güclüdür”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anatoli Konkov deyib. Vaxtilə Rusiyanın “Zenit” klubunda da baş məşqçi kimi fəaliyyət göstərmiş ukraynalı mütəxəssis bu postun daha bir sabiq sahibi Vlastimil Petrjela ilə heç vaxt yollarının kəsişmədiyini vurğulayıb: “Petrjelanın iş prinsiplərinə də bələd deyiləm. Ona görə də “Neftçi”nin yeni baş məşqçisinin Bakıdakı problemləri barədə danışmayacağam. Yayda oğlum Sankt-Peterburqdan mənə Petrjelanın kitabını gətirmişdi. Oxuyuram və hər şey mənə aydın olur”. A.Konkovun sözlərinə görə, Azərbaycanda futbol yolun başlanğıcındadır, on illik fasilədən sonra yerli klublarda pullar peyda olub. “İnter”də baş məşqçi vəzifəsi ilə yanaşı, klubun I vitse-prezidenti funksiyalarını da yerinə yetirdiyini xatırladan 58 yaşlı çalışdırıcı milli çempionatda hətta sadə məsələlərə anlaşılmaz reaksiyanın verilməsindən danışıb: “Futbolçuların işini yüngülləşdirməkdən ötrü AFFA qarşısında müxtəlif məsələlər qaldırırdım. Kütləvi sayda misal çəkə bilərəm. 50 dərəcə istidə oyunlar saat 17:00-da başlanır. Bakıda işıqlandırma sistemi olduğu halda, nəyə görə gec oynamayaq? Bax, belə sadə məsələlər anlaşılmaz qarşılanırdı. Reqlamentdə yazılıbsa, demək, oynamaq olar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR