Bank Of Baku

Azərbaycan yığması sabah Ermənistanla qarşılaşacaq

Azərbaycan yığması sabah Ermənistanla qarşılaşacaq
# 01 oktyabr 2007 09:04 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandası (U-19) Avropa çempionatının seçmə mərhələsində çıxışını davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Ukraynanın Lvov şəhərində təşkil olunan seçmə mərhələnin ikinci turunda da məğlubiyyətə düçar olub. U-19 bu dəfə Şotlandiyaya böyük hesabla uduzub. Şamil Heydərovun yetirmələri britaniyalılarla görüşdə öz qapılarından 3 top buraxıblar. Yeniyetmə futbolçularımız birinci turda meydan sahiblərinə də 0:3 hesabı ilə məğlub olmuşdular. Qrupun digər matçında Ukrayna Ermənistanı üstələyib 2:0. İki ardıcıl məğlubiyyətə görə, U-19 növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirib. Aktivində xal olmayan yığmamız Ermənistanı qabaqlayaraq, 3-cü pillədə qərarlaşıb. Sabah Azərbaycan qadın futbolu tarixində ilk dəfə Ermənistanla qüvvəsini sınayacaq. Lvovun OİK stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Matçı idarə etmək polşalı hakim Emilia Vnuka həvalə olunub.
Qeyd edək ki, indiyədək Azərbaycan futbolda, eləcə də futzalda Ermənistana uduzmayıb. Əksinə, oğlanlardan ibarət 17 (3:0) və 19 (2:1) yaşlılardan ibarət milli komandamız, “Neftçi” futbolçuları (2:0; 3:0) və “Turan AİR” futzalçıları (5:2) müxtəlif vaxtlarda ermənilərə 5 dəfə qalib gəliblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR