Bank Of Baku

Azərbaycan yığmasının Portuqaliya və Serbiya yığmaları ilə oyunlara heyəti oktyabrın 3-də açıqlanacaq

Azərbaycan yığmasının Portuqaliya və Serbiya yığmaları ilə oyunlara heyəti oktyabrın 3-də açıqlanacaq
# 01 oktyabr 2007 10:56 (UTC +04:00)
Azərbaycan milli komandasının 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Serbiya yığmaları ilə Bakıda keçirəcəyi oyunlara heyəti oktyabrın 3-də açıqlanacaq. Bu haqda “APA-Sport” agentliyinə baş məşqçi Ş.Diniyev məlumat verib. Ş.Diniyev oktyabrın 3-də keçiriləcək Azərbaycan kuboku uğrunda 1/16 final mərhələsinin cavab görüşlərinədək 20 nəfərlik heyəti açıqlamaq fikrində olduğunu bildirib. Ş.Diniyev bildirib ki, milli Portuqaliya və Serbiya ilə oyunlara hazırlığa oktyabrın 7-də başlayacaq. Həmin gün çempionatda oyunları olan milli üzvləri matçlar başa çatandan sonra yığmanın sıralarına qoşulacaq.
Qeyd edək ki, qaydaya görə, millinin heyəti rəsmi oyunlara 10 gün qalmış UEFA-ya göndərilməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR