Bank Of Baku

Şahin Diniyev: “Yığma komandanın üzvlərinin oyunlarını izləyəndə sevindirici bir şey görmədim”

Şahin Diniyev: “Yığma komandanın üzvlərinin oyunlarını izləyəndə sevindirici bir şey görmədim”
# 01 oktyabr 2007 11:38 (UTC +04:00)
“Yığma komandanın üzvlərinin oyunlarını izləyəndə sevindirici bir şey görmədim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev hesabat turunda izlədiyi çempionat matçlarında klublardan daha çox yığmada çıxış edən futbolçuları diqqətdə saxladığını qeyd edib: “İzlədiyim oyunlarda məni ilk növbədə milli üzvlərinin çıxışı maraqlandırır. Ümumilikdə, deyə bilərəm ki, vəziyyət ürəkaçan deyil. Yığma komanda üzvlərinin çıxışında böyük irəliləyiş yoxdur. Futbolçular diqqət çəkən oyun nümayiş etdirmirlər. Mən buna izah yox, reaksiya verə bilərəm. Öz oyunu ilə milliyə düşməyə layiq olduğunu göstərən yeni futbolçuları da görmürəm”. Ş.Diniyev ölkə xaricində çıxış edən İlqar Qurbanov və Saşa Yunisoğlunun durumundan da narahat olduğunu vurğulayıb: “Onların oynamamağı da əlavə problemlər yaradır. Bir sözlə, Portuqaliya və Serbiya ilə çətin sınaq öncəsi problemlər olduqca çoxdur”. Baş məşqçi rəsmi oyuna altı gün qalmış futbolçuları bir araya gətirmək fikrindədir. Ş.Diniyev Gürcüstanla sentyabrın 12-də keçirilən yoldaşlıq görüşünə hazırlıq prosesində olduğu kimi, “Neftçi”nin futbolçularını milliyə buraxmaqla bağlı problemlə üzləşməyəcəyini bildirib: “Portuqaliya və Serbiya ilə oyunlara hazırlığa başladığımız vaxt milli çempionatımda fasilə olacaq. İnanmıram ki, bu dəfə futbolçuların milliyə buraxılması ilə bağlı problemlə üzləşək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR