Bank Of Baku

Əfqan Həmzəyevin “Olimpik” “Bakı” görüşündəki idarəçiliyi 7,2 balla qiymətləndirilib

Əfqan Həmzəyevin “Olimpik”  “Bakı” görüşündəki idarəçiliyi 7,2 balla qiymətləndirilib
# 01 oktyabr 2007 14:50 (UTC +04:00)
AFFA Hakim-İnspektorlar Komitəsi XVI milli çempionatın VII turunun oyunlarına təyinat alan hakimlərin aldıqları qiymətləri açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ən aşağı qiymət alan hakim turun mərkəzi oyunu idarə edən Əfqan Həmzəyev olub. Milli dərəcəli hakim nəticəyə təsir göstərən səhvlər buraxmasa da, təcrübəsinin az olması öz sözünü deyib. Bu, Ə.Həmzəyevin aldığı qiymətə mənfi təsir göstərib ki, AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri Rüfət Əmirov onun idarəçiliyinə 7,1 bal verib. Hesabat turunda ən yüksək qiymət alan isə Rövşən Əhmədov olub. Milli dərəcəli hakimə verilən 8,2 bal ümumiyyətlə, cari çempionatda qeydə alınan ən yüksək qiymət olub.
Qeyd edək ki, indiyədək yalnız II turda Azad Mütəllimov “Qəbələ” “Bakı” (2:0) oyunundakı idarəçiliyə görə 8,2 bal alıb.

“Neftçi” “Masallı”
Baş hakim: Rövşən Əhmədov 8,2.
“Simurq” “Standard”
Baş hakim: Azad Mütəllimov 8.
“Karvan” “İnter”
Baş hakim: Vüsal Əliyev 8.
ABN “Turan”
Baş hakim: Elçin Səmədli 7,9.
“Olimpik” “Bakı”
Baş hakim: Əfqan Həmzəyev 7,1
“Xəzər-Lənkəran” “Qəbələ”
Baş hakim: Fariz Yusifov 8.
“Qaraba𔝠“Gənclərbirliyi”
Baş hakim: İmanxan Sultani 8. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR