Bank Of Baku

Azərbaycan yığması Rusiya ilə heç-heçə edib

Azərbaycan yığması Rusiya ilə heç-heçə edib
# 02 oktyabr 2007 08:02 (UTC +04:00)
17 yaşınadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 9-cu qrupunun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan oyunlarda Azərbaycan yığması ilk turda Rusiya ilə qarşılaşıb. Görüşə fəal başlayan Yaşar Vahabzadənin yetirmələri birinci hissədə hesabı açıblar. 33-cü dəqiqədə yığmamız əks-hücum zamanı rəqibi məyus edib. Komandamızın heyətində Araz Abdullayev fərqlənib. Fasiləyə üstün yollanan yeniyetmə futbolçularımız ikinci hissədə qələbə hesabını qoruya bilməyiblər. Oyunun 47-ci dəqiqəsində rusiyalılar cavab topunu vurublar. Ənvər İbrahimhacıyevin qapı önünə qaldırdığı topa Anton Zabolotnı dəqiq zərbə endirib 1:1. Qalan vaxtda hesab dəyişməyib. Qrupdakı digər matçda Bosniya və Herseqovina Finlandiyanı minimal hesabla (1:0) məğlub edib. Bu gün yarış iştirakçıları istirahət edəcəklər. Milli komandamız növbəti oyununu sabah Finlandiyaya qarşı keçirəcək. Bundan 3 gün sonra isə meydan sahibləri ilə görüş baş tutacaq. Yığmamız ikinci mərhələyə adlamaq üçün qrupda ilk iki yerdən birini tutmalıdır.
Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv avqustda Litvada keçirilən “Palanqa” turnirində Rusiyaya 1:2 hesabı ilə məğlub olmuşdu. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR