Bank Of Baku

AFFA “Xəzər-Lənkəran” klubunu 5000 manat cərimələyib

AFFA “Xəzər-Lənkəran” klubunu 5000 manat cərimələyib
# 02 oktyabr 2007 12:16 (UTC +04:00)
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Xəzər-Lənkəran”, “Neftçi”, “Olimpik”, “Turan-2”, “MKT-Araz” və NBC klublarını futbolçuları nəzərdə tutulduğundan daha çox sarı vərəqə aldığı üçün cəzalandırıb. “Turan-2”, “MKT-Araz” və NBC birinci dəstə klubları olduqlarından, güclülər dəstəsi təmsilçilərinin ödədiyi cərimə məbləğindən 10 dəfə az hərəyə 100 manat xərcə düşəcək. “Xəzər-Lənkəran”a ümumilikdə 5000 manatlıq cərimə kəsilib. Belə ki, “Qəbələ” ilə Lənkəranda keçirilən görüşün 87-ci dəqiqəsində azarkeşlər meydana kənar əşyalar atdıqları və Alim Qurbanov rəqibi bilərəkdən vurduğu üçün 4000 manat cərimə ödəyəcək. Birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan A.Qurbanov iki oyunluq cəzaya da məruz qalıb. NİK iclasında, ümumilikdə 7900 manatlıq cərimə kəsib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR