Bank Of Baku

“Qaraba𔝠Azərbaycan yığmasına dəvət alan futbolçularını mükafatlandırıb

“Qaraba𔝠Azərbaycan yığmasına dəvət alan futbolçularını mükafatlandırıb
# 02 oktyabr 2007 13:43 (UTC +04:00)
“Qaraba𔝠klubunun rəhbərliyi Azərbaycan milli komandalarına dəvət alan futbolçularını mükafatlandırıb. Klubun baş direktoru Əmrah Çəlikəl “APA-Sport” agentliyinə açıqlamasında mükafatın məbləğinin elə də böyük olmadığını qeyd edib: “Yığma komandalara 18-20 futbolçumuz cəlb olunur. Onlara verdiyimiz mükafatın məbləği 100-200 dollar civarındadır. Bu addımı atmaqla, klub rəhbərliyinin futbolçulara diqqət göstərdiyini nümayiş etdirdik. Futbolçularımız nəticədən asılı olmayaraq, yığmalarda çıxışlarına münasib mükafatlarını alır və bundan sonra da alacaqlar. Bu ənənə halını alaraq, yığmanın hər oyunu zamanı reallaşacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR