Bank Of Baku

İsgəndər Cavadov Xoren Oqanesyanla eyni komandada oynayacaq

İsgəndər Cavadov Xoren Oqanesyanla eyni komandada oynayacaq
# 02 oktyabr 2007 14:20 (UTC +04:00)
Gürcüstanın mərhum futbolçusu Vitali Daraseliyanın 50 illik yubileyi münasibətilə veteranlardan ibarət Tbilisi “Dinamo”su və “Daraseliyanın dostları” komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşma oktyabrın 4-də Tbilisidəki Boris Payçadze adına stadionda təşkil olunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Gürcüstan Futbol Federasiyasının (GFF) vitse-prezidenti Revaz Arveladze məlumat verib. Qonaqlar Tbilisidə oktyabrın 3-də olacaqlar. Artıq komandaların heyətləri də müəyyənləşib. “Daraseliyanın dostları” komandasının heyətində həmyerlimiz İsgəndər Cavadovla yanaşı, Andrey Biba, Oleq Kuznetsov, İqor Belanov, Leonid Buryak, Viktor Çanov, Anatoli Demyanenko, Aleksey Prudnikov, Yuri Qavrilov, Vagiz Xidiyatullin, Georgi Yartsev, Viktor Tsaryov, Sergey Barovski, Aleksandr Mirzoyan və Xoren Oqanesyan forma geyinəcəklər. GOyunu Gürcüstanın veteran hakimi Anatoli Milçenko idarə edəcək./APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR