Bank Of Baku

Vlastimil Petrjelanın iti ölüb

Vlastimil Petrjelanın iti ölüb
# 02 oktyabr 2007 15:22 (UTC +04:00)
“Neftçi” klubunun çexiyalı baş məşqçisi Vlastimil Petrjelanın iti ölüb. Bu barədə “APA-Sport” agentliyinə V.Petrjelanın özü məlumat verib. Onun sözlərinə görə, bu xoşagəlməz olay Çexiyada baş verib: “Səbəbini dəqiq müəyyənləşdirə bilməyiblər, deyəsən, zəhərlənmədən ölüb. Adı Aysofiya idi. Digər iki itim isə erkəkdir, adları Bertik və Brufikdir. Onları qışda Bakıya gətirmək fikrindəyəm”. Çexiyalı mütəxəssis vətənində pişik də saxladığını qeyd edib. Onun sözlərinə görə, artıq iki pişiyi var: “Mən Bakıya gələndən sonra bir pişik də alındığını eşitmişəm. Əvvəlki pişiyimin adı Sidorkadır. İtlərimlə pişiyim arasında problem yoxdur, yola gedirlər. Hətta deyim ki, birgə gəzintiyə də çıxırlar”.
Qeyd edək ki, V.Petrjela itlərini sentyabrın sonunda Bakıya gətirəcəyini desə də, sonradan fikrindən daşınıb. Hələlik oteldə qalan çexiyalı mütəxəssis mənzilə köçdükdən sonra heyvanlarını paytaxtımıza gətirməyi düşünür. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR