Bank Of Baku

Azərbaycanın Ermənistanla oyunu heç-heçə başa çatıb

Azərbaycanın Ermənistanla oyunu heç-heçə başa çatıb
# 02 oktyabr 2007 17:06 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandası (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Ukraynanın Lvov şəhərinin OİK stadionunda Ermənistan yığması ilə qarşılaşıb. Oyuna fəal başlayan Şamil Heydərovun yetirmələri birinci hissədə hesabı açıblar. U-19 fasilədən dərhal sonra Ermənistan yığmasının qapısına daha bir qol vurub. Ancaq yığmamız qələbə hesabını qoruya bilməyib. Ermənistanlılar tezliklə vurulan qolların əvəzini çıxıblar. Beləliklə, Azərbaycanın qadın futbolu tarixində ilk dəfə qarşılaşdığı Ermənistanla oyunu 2:2 hesabı ilə başa çatıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR