Bank Of Baku

“Neftçi” “Olimpik” və “İnter” “Xəzər-Lənkəran” oyunlarının vaxtı dəyişdirilib

“Neftçi”  “Olimpik” və “İnter”  “Xəzər-Lənkəran” oyunlarının vaxtı dəyişdirilib
# 03 oktyabr 2007 07:58 (UTC +04:00)
AFFA XVI milli çempionatın VIII turunun oyunlarının başlanma vaxtında dəyişiklik edib. “APA-Sport” agentliyinin məlumatına görə, oktyabrın 6-da keçiriləcək “İnter” “Xəzər-Lənkəran” və “Neftçi” “Olimpik” görüşləri digər beş matçla müqayisədə gec başlayacaq. “İnter”in beş aylıq fasilədən sonra “Şəfa” stadionunda keçirəcəyi ilk çempionat matçının başlanma vaxtı saat 18:00-a təyin edilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Neftçi” “Olimpik” görüşü isə saat 21:00-da başlayacaq. Turun “Masallı” “Turan”, “Qəbələ” “Qarabağ”, “Standard” “Karvan”, “Gənclərbirliyi” ABN və “Bakı” “Simurq” görüşləri saat 17:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR