Bank Of Baku

Anatoli Doroş yenidən Moldova millisinə çağırılıb

Anatoli Doroş yenidən Moldova millisinə çağırılıb
# 03 oktyabr 2007 08:14 (UTC +04:00)
Bakının “Standard” klubunun hücumçusu Anatoli Doroş növbəti dəfə Moldova yığmasından dəvət alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı futbolçu milli komandasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Türkiyə ilə Kişinyovda, bundan dörd gün sonra Malta ilə səfərdə keçiriləcək matçlara çağırılıb. Moldova yığmasının baş məşqçisi İqor Dobrovolski son dörd ayda A.Doroşu mütəmadi olaraq komandaya çağırsa da, ona yalnız bir matçda oynamaq şansı verib. A.Doroşun əsas heyətdə meydana çıxdığı həmin rəsmi oyunda Moldova Bosniya və Herseqovinanı 1:0 hesabı ilə məğlub etməklə, 13 illik fasilədən sonra səfərdə ilk qələbəsini qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR