Bank Of Baku

Asim Xudiyev FİFA prezidenti Yozef Blatterlə görüşüb

Asim Xudiyev FİFA prezidenti Yozef Blatterlə görüşüb
# 03 oktyabr 2007 09:19 (UTC +04:00)
Azərbaycan Qadın Futbol Federasiyasının (AQFF) prezidenti Asim Xudiyev Çinin Şanxay şəhərində səfərdə olub. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən Asim Xudiyevin sözlərinə görə, səfər çərçivəsində qadın futbolu ilə bağlı keçirilən simpoziumda iştirak edib. AQFF rəsmisi bildirib ki, tədbirə 200-dək ölkənin nümayəndələri qatılıblar. Simpoziumda giriş nitqi ilə çıxış edən FİFA prezidenti Yozef Blatter qadın futbolunun inkişaf perspektivlərindən danışıb. Gələcəkdə 17 yaşınadək qızlar arasında dünya çempionatının keçiriləcəyini vurğulayan Y.Blatter bunun qadın futbolunun inkişafına təkan verəcəyini deyib. Dünyanın ən ali futbol qurumunun rəhbəri XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq qadın komandalarının sayının artdığını nəzərə çatdırıb. Belə ki, 2008-ci ildə keçiriləcək olimpiadada 10 deyil, 12 yığma qüvvəsini sınayacaq. Həmçinin, gələcəkdə qadınlar arasında çimərlik futbolu üzrə yarışlarının təşkilinin vacibliyi qeyd olunub. A.Xudiyevin bildirdiyinə görə, simpoziumun gedişində Y.Blatterlə görüşüb: “FİFA prezidenti ilə ayaqüstü, 3-4 dəqiqəlik görüşümüz oldu. O, Azərbaycan futbol ictimaiyyətinə, o cümlədən, AFFA rəhbərliyinə salamlarını çatdırdı. Yozef Blatter 2 həftədən sonra ölkəmizə gələcəyini də dedi”. Simpozium öz işini başa çatdırdıqdan sonra tədbir iştirakçıları Şanxay stadionuna yollanıblar. Toplantının bütün iştirakçıları kimi, A.Xudiyev də qadın futbolçular arasında keçirilən dünya çempionatının final (Almaniya - Braziliya - 2:0) və 3-cü yer uğrunda (ABŞ Norveç - 4:1) görüşlərini canlı izləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR