Bank Of Baku

Portuqaliya və Serbiya ilə oyunlarda Azərbaycan yığmasının şərəfini qoruyacaq futbolçuların adları müəyyənləşib

Portuqaliya və Serbiya ilə oyunlarda Azərbaycan yığmasının şərəfini qoruyacaq futbolçuların adları müəyyənləşib
# 03 oktyabr 2007 09:29 (UTC +04:00)
Azərbaycan milli komandasının 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Serbiya yığmaları ilə Bakıda keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev son matçla müqayisədə heyətdə üç dəyişiklik edib. Sentyabrın 12-də Bakıda Gürcüstanla keçirilən yoldaşlıq görüşü ilə müqayisədə Elvin Əliyev (“Olimpik”) və Rəşad Kərimovu (“Xəzər-Lənkəran”) yığmaya çağırmayan Ş.Diniyev əvəzində Saşa Yunisoğlu və İlqar Qurbanovla yanaşı, zədəsini sağaldan Emin Quliyevə də dəvət göndərib.
Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Cahangir Həsənzadə (“İnter”).
Müdafiəçilər: Samir Abbasov, Mahir Şükürov (hər ikisi “İnter”), Ramin Quliyev (“Neftçi”), Aslan Kərimov (“Qarabağ”), Zaur Həşimov (“Xəzər-Lənkəran”), Saşa Yunisoğlu (“Qrotslin”, Polşa).
Yarımmüdafiəçilər: Emin Quliyev, Elmar Baxşıyev, Ceyhun Sultanov, Alim Qurbanov (hamısı “Xəzər-Lənkəran”), Aleksandr Çertoqanov, Ramazan Abbasov (hər ikisi “Neftçi”), Emin İmaməliyev (“İnter”), İlqar Qurbanov (“Sivasspor”, Türkiyə).
Hücumçular: Samir Əliyev, Branimir Subaşiç (hər ikisi “Neftçi”), Xaqani Məmmədov (“İnter”), Fərrux İsmayılov (“Olimpik). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR