Bank Of Baku

Şahin Diniyev: “Milli komandanın heyətini müəyyənləşdirmək çətin oldu”

Şahin Diniyev: “Milli komandanın heyətini müəyyənləşdirmək çətin oldu”
# 03 oktyabr 2007 10:12 (UTC +04:00)
“Milli komandanın heyətini müəyyənləşdirmək çətin oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Portuqaliya və Serbiya ilə Bakıda keçiriləcək rəsmi oyunlara heyəti müəyyənləşdirərkən çətinliklə üzləşdiyini deyən Ş.Diniyev rəqabətin lazımi səviyyədə olmadığını qeyd edib: “Çempionatın izlədiyim bütün matçlarında parlaq oyun nümayiş etdirən futbolçu görmədim. Həm də rəqabət böyük deyil. Bununla belə, sevindirici məqam da var. Bu da millinin heyətinin sabitləşməsidir. Son 4-5 ayda heyətdə cüzi dəyişiklər var. Heyətin sabitləşməsi oyun komponentinə də öz müsbət təsirini göstərir. Artıq heyətdə uyğunlaşma, xətlər arasında əlaqə baxımından ciddi problemlər olmur”. Ş.Diniyev İlqar Qurbanovla Saşa Yunisoğlunu klublarında oyun praktikası sarıdan problemlə üzləşməsinə baxmayaraq, yığmaya çağırmağı məqsədəuyğun saydığını söyləyib: “Legioner həyatı yaşayan futbolçularımıza sahib çıxmalıyıq. Onsuz da belə futbolçularımızın sayı çox azdır. İlqarla Saşanın son vaxtlarda klublarında oyun praktikası qazanmamağı haqda məlumatım var. Hər halda, onlar klublarında hazırlıq keçirlər və hansı formada olmasını görəndən sonra fikir yürütmək olar. Yəni, İlqarla Saşanı millinin hazırlığına cəlb edib, hazırlıqları ilə yerində tanış olmağı məqsədəuyğun saydım. Ümid edirəm ki, onların hazırlıq durumu qənaətbəxş olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR