Bank Of Baku

Azərbaycan milli komandası Portuqaliya və Serbiya ilə oyunlara Dövlət Yol Polis İdarəsinin stadionunda hazırlaşacaq

Azərbaycan milli komandası Portuqaliya və Serbiya ilə oyunlara Dövlət Yol Polis İdarəsinin stadionunda hazırlaşacaq
# 03 oktyabr 2007 10:32 (UTC +04:00)
Azərbaycan milli komandası Portuqaliya və Serbiya ilə oyunlara Bakıda hazırlaşmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız həmin matçlara Xırdalan və Sumqayıt şəhərlərində hazırlıq keçəcək. Səhər məşqlərini Xırdalandakı Dövlət Yol Polis İdarəsinin stadionunda keçəcək milli komanda fiziki hazırlığa diqqət yetirəcək. Yığmanın günün ikinci yarısında məşqləri Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçməsi nəzərdə tutulub. Bu arenada məşq prosesləri texniki-taktiki hazırlıq, toplu çalışmalar üzərində qurulacaq. Oktyabrın 13-də Portuqaliya, bundan dörd gün sonra Serbiya yığmasını Respublika stadionunda qəbul edəcək Azərbaycan millisi son məşqlərini bu arenada keçirəcək. Oktyabrın 7-də bir araya gələcək yığmamız “Neapol” otelində məskunlaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR