Bank Of Baku

Azərbaycanla oyunda ermənistanlı futbolçu huşunu itirib

Azərbaycanla oyunda ermənistanlı futbolçu huşunu itirib
# 03 oktyabr 2007 10:58 (UTC +04:00)
Azərbaycan və Ermənistanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandaları arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən oyunda qeyri-adi olay baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, Ukraynanın Lvov şəhərində keçirilən matçın gedişində ermənistanlı futbolçu huşunu itirib. Belə ki, epizodların birində yığmamızın üzvü Anna Ələkbərova topu güclü zərbə ilə rəqib oyunçunun üstünə vurub. Top qarın nahiyəsinə dəydiyi üçün ermənistanlı huşunu itirərək, yerə uzanıb. Ermənistan komandasının həkimləri futbolçunu ayılda bilməyiblər. Nəticədə təcili tibbi yardım maşınından istifadə olunub. Ermənistanlı futbolçu yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Oyun zamanı və sonra futbolçular arasında heç bir qalmaqal yaşanmayıb.
Qeyd edək ki, Azərbaycan Ermənistan qarşılaşması 2:2 hesabı ilə nəticələnib. Yığmamızın qollarına Anna Ələkbərova və Mahirə Ağazadə imza atıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR