Bank Of Baku

Şamil Heydərov: “Ermənistanla oyunda biz daha üstün idik”

Şamil Heydərov: “Ermənistanla oyunda biz daha üstün idik”
# 03 oktyabr 2007 11:47 (UTC +04:00)
“Ermənistanla qarşılaşmada futbolçular tapşırıqların öhdəsindən gələ bilmədilər. İki top fərqi ilə irəlidə olduğumuz halda, hesabı qorumağı bacarmadıq. Mərkəz müdafiəçisi Güzel Zakirova və qapıçı Əlfiyyə Biqbulatovanın kobud səhvlərindən sonra iki qol buraxdıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-19) baş məşqçisi Şamil Heydərov deyib. Baş məşqçi Ukraynanın Lvov şəhərində Avropa çempionatının 7-ci seçmə qrup mərhələsi çərçivəsində keçirilən matçda Azərbaycanın Ermənistandan üstün nəzərə çarpdığını bildirib: “Oyun baxımından biz onlardan üstün idik. Futbolçularımız topu saxlamaqda, onunla davranışda, hücumların təşkilində ermənilərdən daha yaxşı təsir bağışlayırdılar”. Ş.Heydərov vurğulayıb ki, rəhbərlik etdiyi komanda işğalçı ölkənin yığması ilə görüşə tam heyətlə çıxa bilməyib. Belə ki, öncə Ukrayna və Şotlandiya ilə qarşılaşmalarda sarı vərəqə alan Snejana Gömruqova ermənistanlılarla oyuna buraxılmayıb. Buna baxmayaraq, Ş.Heydərov U-19-un qələbəyə layiq olduğunu söyləyib: “Heyətlə bağlı problem yaransa da, bu, oyunumuza mənfi təsir göstərmədi. Əksinə, daha inamla mübarizə apardıq. Təəssüf ki, qələbəni əldən verdik. Halbuki, komandamız məhz qələbəyə layiq idi”. Baş məşqçi Ermənistanla matçda səhvə yol verən və heç-heçəyə (2:2) bais olan futbolçuların cəzalandırılacağını deyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR