Bank Of Baku

Şakir Qəribov milli komandanın heyətini açıqlayıb

Şakir Qəribov milli komandanın heyətini açıqlayıb
# 03 oktyabr 2007 12:08 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının 2009-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları və Albaniya yığmaları ilə oyunlara heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şakir Qəribov bu dəfə 20 nəfərlik heyətdə beş dəyişiklik edib. O, Ötən ay Yunanıstan və Xorvatiya yığmaları ilə oyunlara çağırılan Vəli Qafarov, Tural Nərimanov (hər ikisi “Standard”), Namiq Yusifov (“Neftçi”), Səbuhi Həsənov (“Bakı-2”) və Rövşən Əmiraslanova (“Masallı”) dəvət göndərməyib.
Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Osman Umarov (“Qarabağ”).

Müdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Nodar Məmmədov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Ramin Tanrıverdiyev (“Karvan”), Vurğun Hüseynov (“Turan”), Vüqar Əsgərov (“Abşeron”).

Yarımmüdafiəçilər: Əziz Quliyev, Emil Hüseynov (hər ikisi “Karvan”), Tagim Novruzov (“Qarabağ”), Elvin Məmmədov (“Turan”), Arif Daşdəmirov (“Masallı”), Nizami Hacıyev (“İnter”), Ruhid Usubov (“MKT-Araz”).

Hücumçular: Vüqar Nadirov (“Xəzər-Lənkəran”), Vaqif Cavadov (“Qarabağ”), Asif Məmmədov (“Standard”), Samir Zərgərov (“Qəbələ”), Elmar Xeyirov (ABN). /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR