Bank Of Baku

Mübariz Mənsimov: “Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm”

Mübariz Mənsimov: “Mən Roman Abramoviç kimi futbol aşiqi deyiləm”
# 04 oktyabr 2007 09:48 (UTC +04:00)
“Himayədarlıq etdiyim “Xəzər-Lənkəran” klubu hər il çempionluq uğrunda mübarizə aparır. Bundan başqa, Azərbaycanda sponsorluq etdiyim bir başqa komanda da var. Ancaq heç birinin rəhbərliyində təmsil olunmuram”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib. ABŞ-ın məşhur “Forbes” jurnalının son sayında haqqında geniş yazı dərc olunan M.Mənsimov tez-tez bənzədilən rusiyalı iş adamı, “Çelsi” klubun prezidenti Roman Abramoviçdən fərqini belə izah edib: “Mən Abramoviç kimi futbol aşiqi deyiləm. Amma futbol klubunu ondan çox əvvəl almışdım”. Uzun illərdir Türkiyədə yaşayan M.Mənsimov “Beşiktaş” klubuna simpatiyasını gizlətməyib: “Türkiyədə ən çox bəyəndiyim klub “Beşiktaş”dır. Bu klubu satsalar, sevə-sevə alaram. Fikrimcə, “Beşiktaş” Türkiyənin ən nüfuzlu komandasıdır”. 39 yaşlı azərbaycanlı iş adamının sahibi olduğu “Palmalı Şirkətlər Qrupu” dünyanın ən böyük dənizçilik şirkətlərindən biri kimi göstərilib. 21 ölkədə ofisi, himayəsi altında 48 şirkət olan “Palmalı”nın sahibi Azərbaycandakı işləri ilə bağlı bunları söyləyib: “İndiyədək 9 milyon dollar civarında pul xərclədik. Maksimum 15 milyon dollarlıq sərmayə də qoyarıq. Azərbaycanda kərpic zavodumuz var. Süd zavoduna 20 milyon avro qoyduq. 10 milyon dollar yatırımla konserv zavodu da tikəcəyik”. M.Mənsimov haqda yazının müəllifləri onun çox çalışqanlığını, ancaq 18 ildə belə sərvəti necə əldə etməsi haqda bilgi vermək istəmədiyini vurğulayıb. “Xəzər-Lənkəran”ın sabiq prezidentinin maksimum 4 saat yatdığını, ayda təxminən 120 saat uçduğunu qeyd edən müəllif onun riski sevdiyini qeyd edib. Jurnalda M.Mənsimovun ermənilərlə bağlı fikirləri də dərc edilib: “Sovet Ordusu tarixində daxili təhlükəsizlik zabiti kimi fəaliyyət göstərən ilk azərbaycanlı, ilk qafqazlı mən idim. Ancaq bir neçə il sonra erməni generalının təzyiqi ilə üzləşdim. Bu gün şirkətlərimin birində kiminsə üçüncü nəslində belə erməni olduğunu öyrənsəm, həmin adamı dərhal qovaram. Ermənilərlə ticarət etmirəm, onlara qarşı nifrətim var. Ailəmdə 7 şəhid var ki, onların ən böyüyün yaşı 21-dir. Erməniləri sevmək zorunda deyiləm, onlar da məni sevməsin”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR