Bank Of Baku

Azərbaycan Ümumdünya Xüsusi Olimpiya Oyunlarında Botsvananı məğlub edib

Azərbaycan Ümumdünya Xüsusi Olimpiya Oyunlarında Botsvananı məğlub edib
# 04 oktyabr 2007 10:18 (UTC +04:00)
Çinin Şanxay şəhərində keçirilən Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın futbol yığması qrup mərhələsinə qələbə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Belarus, Belçika və Botsvana ilə birgə 6-cı seçmə qrupda mübarizə aparan komandamız bu gün ilk görüşünü keçirib. Həmyerlilərimiz Botsvana millisini böyük hesabla məğlub edib 3:0. Qrupun digər görüşündə Belçika Belarus üzərində 3:1 hesablı qələbə qazanıb. Bu gün yığmamız Belçika və Belarusla da qarşılaşacaq.
Qeyd edək ki, hər komandanın heyətində meydana 7 futbolçu çıxır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR