Bank Of Baku

“Xəzər-Lənkəran” Rəşad Abdullayevi cəzalandırıb

“Xəzər-Lənkəran” Rəşad Abdullayevi cəzalandırıb
# 04 oktyabr 2007 10:50 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu Rəşad Abdullayevi cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan kuboku uğrunda Salyanın NBC klubu ilə cavab görüşündə azarkeşlər arasında insidentə görə cərimələnib. Klublar arasında qarşılıqlı razılığa əsasən, cavab görüşü də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutub. “Xəzər-Lənkəran”ın meydan sahibi olduğu oyunun sonunda R.Abdullayevin rəqib komandanın azarkeşlərinə qarşı etdiyi qeyri-etik jesti insidentə gətirib çıxarıb. Məsələyə “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov da qarışıb. R.Abdullayev bunadək də intizamsız hərəkəti ilə yadda qalıb. Belə ki, futbolçu 2005-ci ildə “Xəzər-Lənkəran”la “Neftçi”nin Lənkərandakı oyunu zamanı “Palmalı” Şirkətlər Qrupunun reklam lövhəsini təpik vurmuşdu. Həmin vaxt A.Mircavadov “Neftçi”nin baş məşqçisi idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR