Bank Of Baku

Yerli mütəxəssislər Məşqçilər Şurasının iclasını boykot ediblər

Yerli mütəxəssislər Məşqçilər Şurasının iclasını boykot ediblər
# 04 oktyabr 2007 11:06 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında Məşqçilər Şurasının iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandanın baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi toplantıda azərbaycanlı klub çalışdırıcıları qatılmayıb. Toplantıda “Qarabağ”ın türkiyəli baş məşqçisi Rasim Kara ilə “İnter”in ukraynalı çalışdırıcısı Valentin Xodukin iştirak edib. “Xəzər-Lənkəran”, “Neftçi”, “Bakı”, “Standard”, “Olimpik” klublarının baş məşqçiləri ilə yanaşı, “Gənclərbilriyi”nin vitse-prezidenti Vaqif Sadıqov da toplantıda olmayıb. Toplantıda müzakirələr əsasən Portuqaliya və Serbiya yığmaları ilə Bakıda keçiriləcək oyunlarla bağlı olub. Yığıncaqda AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR