Bank Of Baku

Serbiya yığması Azərbaycana oktyabrın 17-də gələcək

Serbiya yığması Azərbaycana oktyabrın 17-də gələcək
# 04 oktyabr 2007 11:11 (UTC +04:00)
Serbiya milli komandasının oktyabrın 13-də Ermənistan, bundan dörd gün sonra Azərbaycan yığması ilə keçiriləcək Avropa çemponatının seçmə qrup oyunlarına heyəti oktyabrın 7-də məlum olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Serbiya millisinin baş məşqçisi Xavyer Klemente bazar günü Bakı vaxtı ilə saat 17:00-da “Hayat” otelində təşkil edəcəyi mətbuat konfransında qarşıdakı oyunlara dəvət etdiyi futbolçuların adlarını açıqlayacaq. Artıq indidən İspaniyanın “Sevilya” klubunda çıxış edən müdafiəçi İvitsa Draqutinoviçin cəza üzündən hər iki görüşü buraxacağı dəqiqdir. Serbiyalılar qarşıdakı matçların hazırlıq prosesinə oktyabrın 8-dən başlayacaqlar. Oktyabrın 11-də İrəvana çarter reysi ilə səfər edəcək Balkan təmsilçiləri bundan dörd gün sonra Bakıya gələcəklər. Azərbaycan Serbiya matçı oktyabrın 17-də Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR