Bank Of Baku

Vlastimil Petrjela Məşqçilər Şurasının iclasına çağırılmayıb

Vlastimil Petrjela Məşqçilər Şurasının iclasına çağırılmayıb
# 04 oktyabr 2007 13:23 (UTC +04:00)
“Məşqçilər Şurasının iclasından xəbərdar idim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Məşqçilər Şurasının üzvü olan “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Bu gün AFFA-nın mənzil-qərargahında təşkil olunan toplantıya qatıla bilməməsini şəxsi işlərinin çox olması ilə əlaqələndirən A.Mircavadovdan fərqli, “Neftçi” klubunun çexiyalı baş məşqçisi Vlastimil Petrjela iclasa dəvət edilməyib. Klubun mətbuat xidmətindən bildirilib ki, AFFA-dan bu barədə heç bir rəsmi məlumat almayıblar. “Standard”ın baş məşqçisi Yunis Hüseynov və “Gənclərbirliyi”nin vitse-prezidenti Vaqif Sadıqov isə toplantının keçirilməsindən xəbərsiz olduqlarını qeyd ediblər. “Olimpik” rəsmiləri isə AFFA-da iclas keçiriləcəyi haqda faks aldığını təsdiqləsə də, baş məşqçi Əsgər Abdullayev komandanın hazırlığı ilə əlaqədar toplantıda iştirak etməyib. “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacievski isə tədbirdə iştirak edə bilməyəcəyi haqda Şahin Diniyevi əvvəldən məlumatlandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR