Bank Of Baku

Azərbaycan və Ermənistan yığmasının futbolçuları birgə şəkil çəkdiriblər

Azərbaycan və Ermənistan yığmasının futbolçuları birgə şəkil çəkdiriblər
# 04 oktyabr 2007 14:35 (UTC +04:00)
19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsindəki görüş sakit məcrada keçib. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə Ermənistan yığmasının baş məşqçisi Mger Mikaelyan açıqlama verib. M.Mikaelyan bildirib ki, oyundan öncə futbolçular birgə şəkil çəkdiriblər. Matç idman mübarizəsi baxımından gərginliyi ilə yadda qalıb. Yalnız görüşün sonlarına yaxın hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Buna ermənistanlı futbolçunun huşunu itirməsi səbəb olub. Milli komandamızın üzvü Anna Ələkbərovanın qüvvətli zərbəsindən sonra rəqib müvazinətini itirərək, yerə yıxılıb. Onu təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırıblar. Bundan başqa, qarşılaşmada qeyri-adi heç nə baş verməyib. Oyundan sonra Ermənistan komandasının məşqçiləri azərbaycanlı həmkarlarına yaxınlaşaraq, gözəl oyuna görə onlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, oktyabrın 2-də Ukraynanın Lvov şəhərinin OİK stadionunda keçirilmiş matç 2:2 hesabı ilə nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR