Bank Of Baku

Mger Mikaelyan: “Azərbaycan yığmasının vurduğu qollar zamanı top qapı xəttini keçməmişdi”

Mger Mikaelyan: “Azərbaycan yığmasının vurduğu qollar zamanı top qapı xəttini keçməmişdi”
# 04 oktyabr 2007 14:53 (UTC +04:00)
“Azərbaycanla oyuna çox ciddi hazırlaşmışdıq. Xüsusilə, psixoloji hazırlığa xüsusi diqqət yönəltmişdik. Yetirmələrim oyunun əhəmiyyətini və prinsipiallığını yaxşı anlayırdılar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Mger Mikaelyan deyib. Ermənistan mətbuatına açıqlamasında M.Mikaelyan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukraynanın Lvov şəhərində Azərbaycana qarşı keçirilən matçın nəticəsindən (2:2) razı qaldığını gizlətməyib: “Azərbaycan çox təcrübəli komandadır. Bildiyimə görə, onların heyətində iki rusiyalı futbolçu çıxış edir. Biz isə seçmə matçlara hazırlıq üçün həddən artıq az vaxt ayırmışdıq. Buna baxmayaraq, yığmamız yaxşı oyun göstərdi”. Erməni məşqçi bildirib ki, Azərbaycan komandasının vurduğu hər iki qol şübhəli olub: “Rəqib iki top fərqi ilə önə çıxmışdı. Hələ üstəlik, azərbaycanlılar 11 metrlik cərimə zərbəsi vurmaq şansı da qazanmışdılar. Ancaq qapıçımız Anna Karapetyan zərbəyə qarşı əla reaksiya nümayiş etdirərək, penaltini dəf etdi. Onu da deyim ki, azərbaycanlıların vurduqları qollar şübhəli idi. Hər iki epizodda top qapı xəttini keçməmişdi”. M.Mikaelyan Şotlandiyaya 0:13 hesablı məğlubiyyəti yığma üzvlərinin təcrübəsizliyi ilə əlaqələndirib. Meydan sahiblərinə ciddi müqavimət göstərdiklərini deyən baş məşqçi 0:2 hesabı ilə uduzduqlarını vurğulayıb. M.Mikaelyan 1 xalla qrupda sonuncu yeri tutmaqlarına baxmayaraq, Ermənistan yığmasının çıxışını qənaətbəxş qiymətləndirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR