Bank Of Baku

UEFA kubokunun qrup mərhələsinin iştirakçıları müəyyənləşib

UEFA kubokunun qrup mərhələsinin iştirakçıları müəyyənləşib
# 05 oktyabr 2007 08:33 (UTC +04:00)
UEFA kubokunun qrup mərhələsinin iştirakçıları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bu mərhələdə Türkiyəni yalnız “Qalatasaray” təmsil edəcək. İsveçrənin “Syon” klubuna səfərdə uduzan (2:3) “Qalatasaray” cavab görüşündə böyük hesablı qələbə qazanıb 5:1. Türkiyənin UEFA kubokunda digər təmsilçisi “Ərciyyəspor” İspaniyanın “Atletiko” klubuna öz meydanında da böyük hesabla məğlub olub 0:5. “Xəzər-Lənkəran”ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Xorvatiyanın “Dinamo” klubu UEFA kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. Zaqreblilər “Ayaks”ı Hollandiyada əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Ayaks”a iki qol vuran “Dinamo”nun hücumçusu Mario Mancukiç “Xəzər-Lənkəran”la görüşdə olduğu kimi, əlavə vaxtda fərqlənməklə, cütün taleyini həll edib. UEFA kubokunun qrup mərhələsinə vəsiqə qazanan 36 iştirakçı arasında Almaniyanın “Bavariya”, “Bayer”, “Hamburq”, “Nürnberq”, İngiltərənin “Tottenhem”, “Everton”, “Bolton”, İspaniyanın “Vilyarreal”, İtaliyanın “Fiorentina”, Fransanın “Tuluza”, “Renn”, “Bordo”, Şotlandiyanın “Aberdin”, Belçikanın “Anderlext”, Hollandiyanın “Akmaar”, Portuqaliyanın “Braqa”, Rusiyanın “Lokomotiv”, “Spartak”, “Zenit”, İsveçin “Helsinborq”, “Elfsborq”, İsveçrənin “Sürix”, “Bazel”, Danimarkanın “Kopenhagen”, “Olborq”, Norveçin “Brann”, Serbiyanın “Srvena Zvezda”, Avstriyanın “Austriya”, Çexiyanın “Sparta”, “Mlada Boleslav”, İsrailin “Hapoel”, Yunanıstanın “Panionis”, AEK, “Larisa”, “Aris” klubları da yer alıb. Qrup mərhələsinin püşkatması oktyabrın 9-da İsveçrənin Nyon şəhərində keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR