Bank Of Baku

Azərbaycan yığmasının heyəti açıqlanıb

Azərbaycan yığmasının heyəti açıqlanıb
# 05 oktyabr 2007 09:05 (UTC +04:00)
2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlaşan Azərbaycanın 19 yaşlılardan yığma komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Arif Əsədovun dəvət göndərdiyi 20 futbolçu arasında bir legioner var. Bu, 17 yaşlılardan ibarət yığmada da çıxış edən, yaxınlarda Türkiyə klubu ilə müqavilə bağlayan Səlahət Ağayevdir. Oktyabrın 9-dan 15-dək təlim-məşq toplanışı keçəcək yığma komanda Buzovnadakı “Oazis” otelində məskunlaşacaq. A.Əsədovun komandası oktyabrın 13-də və 15-də iki yoxlama oyunu keçirməyi planlaşdırılıb. Milliyə dəvət alan futbolçular bunlardır: Elçin Sadıxov, Emin Cəfərquliyev, Qədir Məmmədov, Elşən Hacıyev, Eşqin Quliyev (hamısı “Neftçi-2”), Səlahət Ağayev (“Kazım Karabekirspor”, Türkiyə), Tural Nərimanov (“Standard”), Elxan Cəbrayılov (“Turan”), Şəhriyar Rəhimov (“İnter-2”), Bayram Kərimov, Elhad Əhmədov Emin Mustafayev, Röyal Cəfərov (“Qarabağ-2”), Rauf Əliyev, İsabala İsrafilov (“Qarabağ”), Miryusif Cavadov (“Simurq”), Eldar Hüseynov (“Karvan”), Fərid Haqverdiyev (“Ədliyyə”), Emin Alməmmədov (“Masallı”), Bəxtiyar Soltanov (“Bakı-2”).
Oktyabrın 26-dan 31-dək Moldovada keçiriləcək seçmə mərhələ oyunlarında Azərbaycanın rəqibləri meydan sahibləri ilə yanaşı, Ukrayna və Şotlandiya yığmaları olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR