Bank Of Baku

Ermənilər Azərbaycan yığmasının sabiq baş məşqçisini bəyənmir

Ermənilər Azərbaycan yığmasının sabiq baş məşqçisini bəyənmir
# 05 oktyabr 2007 09:44 (UTC +04:00)
Milli komandanın baş məşqçi postuna yeni mütəxəssis axtaran ermənilər dünya çempionu Karlos Alberto Torresin xidmətində maraqlı deyillər. “APA-Sport” agentliyinin məlumatına görə, ermənilər Azərbaycan yığmasının tarixində yeganə əcnəbi baş məşqçi olan braziliyalını bəyənməyiblər: “Milli komandanı əcnəbi mütəxəssisin çalışdırması ilə bağlı qonşu Gürcüstan və Azərbaycanın təcrübəsinə nəzər salsaq, belə demək olar ki, bizə Klaus Topmöller və Karlos Alberto Torres kimi məşqçilər lazım deyil. Topmöller Gürcüstanda təxminən 2 milyon avro qazanır. Ancaq bunun müqabilində alman mütəxəssisin Gürcüstan futboluna neçə sent xeyir verdiyini demək çətindir. Karlos Alberto Torres kimi “ulduzlar”dan da çəkinmək lazımdır. Hansı ki, futbolda çoxdandır yerini itirib. Torresin keçmişdə qazandığı titullar hazırkı vəziyyəti real qiymətləndirməyə imkan vermir”. Şotlandiyalı Yan Porterfildin dünyasını dəyişməsindən sonra Ermənistan milisini müvəqqəti olaraq üç mütəxəssis - Armen Gülbudaqyants, Vardan Minasyan və Tom Cons çalışdırır. Y.Porterfildə qədər argentinalı Oskar Lopes, rumıniyalı Mixay Stoykitse və fransalı Bernar Kazoni da ermənilərlə əməkdaşlıq edib. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR