Bank Of Baku

Qyoko Hacievski radikal islahatlara başlayıb

Qyoko Hacievski radikal islahatlara başlayıb
# 05 oktyabr 2007 10:15 (UTC +04:00)
“Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacievski radikal islahatlara başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, klub prezidenti Hafiz Məmmədovla görüşən makedoniyalı mütəxəssis son turda “Olimpik”ə böyük hesablı məğlubiyyətin (0:3) hesabatını verib. Q.Hacievskinin əsas narazılığı arxa xətt oyunçuları ilə bağlı olub. O, “Olimpik”lə görüşdə mərkəz müdafiəçiləri olan kapitan Rafael Əmirbəyovla Vüqar Quliyevi tənqid edib. Makedoniyalı mütəxəssisin radikal addımı Xalidu Sissoko ilə bağlı olub. Belə ki, Q.Hacievski “Olimpik”lə görüşdə üç qol buraxaraq, inamsız çıxış edən seneqallı qapıçını əsas komandadan kənarlaşdırıb. “Bakı”nın futbolçuları “Olimpik”lə görüşdəki böyük hesablı məğlubiyyətə görə 500 dollar cərimələnib. “Bakı”nın sükanı arxasında bir aydır olan makedoniyalı mütəxəssisi dəstəkləyən H.Məmmədov istənilən futbolçunu, istənilən vaxtda transferə çıxara biləcəyini qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR