Bank Of Baku

Yozef Blatterlə Mişel Platini Azərbaycan Serbiya görüşünü izləyəcək

Yozef Blatterlə Mişel Platini Azərbaycan  Serbiya görüşünü izləyəcək
# 05 oktyabr 2007 11:30 (UTC +04:00)
FİFA prezidenti Yozef Zepp Blatter və UEFA rəhbəri Mişel Platini Azərbaycana oktyabrın 16-da gələcək. Bu barədə “APA-Sport” agentliyinə AFFA prezidentinin müşaviri Fuad Əsədov məlumat verib. Onun sözlərinə görə, Y.Blatterlə M.Platini eyni nümayəndə heyətinin tərkibində yer almayacaqlar: “Hər iki prezident axşam saatlarında Bakıda olacaqlar. Həm Blatter, həm də Platini ayrı-ayrı nümayəndə heyətlərinə rəhbərlik edəcəklər”. F.Əsədov əcnəbi qonaqların səfər proqramının bir neçə gündən sonra mətbuata açıqlanacağını bildirib. Buna baxmayaraq, FİFA və UEFA rəsmilərinin AFFA-nın yeni ofisinin açılışında iştirak edəcəkləri dəqiqləşib. Y.Blatterlə M.Platini Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan Serbiya matçını izləyəcəklər. F.Əsədov vurğulayıb ki, beynəlxalq futbol qurumlarının rəhbərliyini AFFA prezidenti Ramiz Mirzəyev müşayiət edəcək. Hazırda R.Mirzəyevin səhhətində problem yaransa da, FİFA və UEFA prezidentlərinin məhz onun qarşılayacağı gözlənilir. Y.Blatter və M.Platininin ölkəmizə səfəri oktyabrın 18-də başa çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR