Bank Of Baku

Luis Felipe Skolari Bakıya gətirəcəyi futbolçuların adlarını açıqlayıb

Luis Felipe Skolari Bakıya gətirəcəyi futbolçuların adlarını açıqlayıb
# 05 oktyabr 2007 13:49 (UTC +04:00)
Portuqaliya yığmasının oktyabrın 13-də Bakıda Azərbaycan, bundan dörd gün sonra Almatıda Qazaxıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Luis Felipe Skolari qarşıdakı görüşlərdə müxtəlif səbəblərdən Jorje Andrade, Marko Kaneyra, Armando Peti, Elder Poştiqa, Joao Tomas, Pepe və Tiago Mendesin xidmətlərindən yararlana bilməyəcək. Əvəzində Duda, Migel Velozo, Tonel və zədə üzündən uzun müddət heyətdən kənarda qalan Rikardo Karvalyo yığmaya çağırılıb. L.F.Skolari cəza üzündən tribunadan izləyəcəyi hər iki görüşün hazırlıq prosesində 21 futbolçunun xidmətindən yararlanacaq:
Qapıçılar: Ricardo (“Betis”, İspaniya), Kim Silva (“Benfika”).
Müdafiəçilər: Migel (“Valensiya”, İspaniya), Bosinqva, Bruno Alves (hər ikisi “Portu”), Paulo Ferreyra, Rikardo Karvalyu (hər ikisi “Çelsi”, İngiltərə), Fernando Meyra (“Ştutqart”, Almaniya), Tonel (“Sportinq”).
Yarımmüdafiəçilər: Raul Meyreles (“Portu”), Migel Velozo, Joao Moutinyo (hər ikisi “Sportinq”), Manişe (“Atletiko”, İspaniya), Duda (“Sevilya”, İspaniya), Deku (“Barselona”, İspaniya).
Hücumçular: Kriştiano Ronaldo, Nani (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Simao (“Atletico”, İspaniya), Rikardo Kuarejma (“Portu”), Nunu Gomeş (“Benfika”), Ugo Almeyda (“Verder”, Almaniya).
Qeyd edək ki, Azərbaycan Portuqaliya matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR