Bank Of Baku

Kaka dünyanın ən yaxşı futbolçusu seçilib

Kaka dünyanın ən yaxşı futbolçusu seçilib
# 05 oktyabr 2007 14:24 (UTC +04:00)
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilin futbolçusunu müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, 25 min peşəkar oyunçu arasında keçirilən səsvermədə İtaliyanın “Milan” klubunun və Braziliya milli komandasının yarımmüdafiəçisi Kaka planetin ən yaxşısı seçilib. FİFPronun versiyasında 2007-ci ildə dünyanın ideal yığması isə aşağıdakı oyunçulardan təşkil olunub:

Qapıçı: Canluici Buffon (İtaliya, “Yuventus”).

Müdafiəçilər: Alessandro Nesta (İtaliya, “Milan”), Fabio Kannavaro (İtaliya, “Real”), Con Terri (İngiltərə, “Çelsi”), Karles Puyol (İspaniya, “Barselona”).

Yarımmüdafiəçilər: Kriştiano Ronaldo (Portuqaliya, “Mançester Yunayted”), Kaka (Braziliya, “Milan”), Stiven Cerrard (İngiltərə, “Liverpul”).

Hücumçular: Lionel Messi (Argentina, “Barselona”), Didye Droqba (Fil Dişi Sahili, “Çelsi”), Ronaldinyo (Braziliya, “Barselona”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR