Bank Of Baku

Ağasəlim Mircavadov: “Valentin Xodukinin futbol düşüncələrinə yaxşı bələdəm”

Ağasəlim Mircavadov: “Valentin Xodukinin futbol düşüncələrinə yaxşı bələdəm”
# 05 oktyabr 2007 15:08 (UTC +04:00)
“İnter” bizimlə oyuna adətən ciddi hazırlaşır. Komanda bu dəfə də görüşə böyük motivasiya ilə çıxacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Cari mövsümdə “İnter” klubunun oyununu görmədiyini vurğulayan A.Mircavadovun sözlərinə görə, məhz bu amil sabahkı qarşılaşmada çətinlik yarada bilər: “Hər halda, Valentin Xodukinin məşqçilik bacarığı mənə tanışdır. Onun futbol düşüncələrinə yaxşı bələdəm. “İnter” güclü rəqib olduğundan, oyun da çətin olacaq”. A.Mircavadov meydan amilinin də matça təsir edəcəyini vurğulayıb: “Şəfa” stadionunda yeniləşən ot örtüyü sintetikdir. Belə qazon oyunun keyfiyyətinə, sürətinə, topun qəbuluna, topla davranmağa öz təsirini göstərəcək. Hər halda, üzləşdiyimiz çətinliklərə baxmayaraq, “İnter”lə görüşə yalnız qələbə qazanmaq üçün çıxacağıq. Qələbə seriyasını davam etdirmək əzmindəyik”.
Qeyd edək ki, cari mövsümdə bütün oyunları qələbə ilə başa varan “Xəzər-Lənkəran” milli çempionatlar tarixində “İnter” klubunu məğlub edə bilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR